Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Gəncədə vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Gəncədə vətəndaşları qəbul edəcək 2024-12-09 09:40:56
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova dekabrın 13-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi) Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 055 4652368 nömrəli telefonla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun 3 saylı Gəncə Ərazi İdarəsinə (telefon: 055-691-05-77, elektron ünvan: dedkr.3sayli@emlak.gov.az) dekabrın 12-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.